Azərbaycan, Bakı, 12 avqust /Trend/
"Bank of Azerbaijan" ASC Sumqayıt, Gəncə və Yevlax şəhərlərində filiallarının açılması ilə əlaqədər mütəxəssis qəbulu elan edir. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
İşçi qəbulu aşağıda qeyd olunan vakansiyalar üzrə aparılır:
- filial direktoru;
- kredit işi üzrə mütəxəssis;
- pərakəndə və korporativ müştərilərə xidmət üzrə mütəxəssis;
- xəzinadar-əməlliyatçı.
Vakansiyalar haqqında daha ətraflı məlumatı aşağıda göstərilən ünvandan əldə etmək olar:
http://www.bank.az/AboutVacancies.html
CV-lər 20 avqust 2010-cu il tarixinə qədər qəbul olunacaq və [email protected] elektron ünvanına göndərilməlidir. Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.