Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir N.İsmayılova/
2010-cu ildə Qazaxıstanla Azərbaycan arasında mal dövriyyəsinin artırılması nəzərdə tutulub. Bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov bazar ertəsi mətbuat konfransında bildirib.
"Münasib dövrdə ölkələr arasında mal dövriyyəsi ildə 400 milyon dollara yaxın, 2007-ci ildə 405 milyon dollar, 2008-ci ildə 465 milyon dollar təşkil edib; 2009-cu ildə isə o, dünya maliyyə böhranı və taxılın satış həcminin azalması ilə əlaqədar, təxminən, yarıbarı - 236 milyon dollaradək aşağı düşüb", - Primbetov bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə müsbət tendensiyalar olub, "və biz mal dövriyyəsinin böhranaqədərki həcmlərini əldə etməyə nail olacağımıza ümid edirik".