...

Azərbaycanda 350 kq-dan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2010 19:05 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 355 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 350 kq-dan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 355 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Səbail, Nəsimi, Xətai və Nizami rayonları, Gədəbəy və Lənkəran şəhərləri, Ucar, Xaçmaz və Ağdam rayonlarında keçirilib.

Mağazalarda saxlama müddəti ötmüş məhsullar - qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti