...

Bakıda gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələləri ilə bağlı sahibkarlarla müzakirələr aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 14:17 (UTC +04:00)
Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələləri ilə bağlı iş adamlarının görüş keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bakıda gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələləri ilə bağlı sahibkarlarla müzakirələr aparılıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir А Axundov/

Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi məsələləri ilə bağlı iş adamlarının görüş keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Tədbirdə giriş sözü ilə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov bildirib ki, rəhbərlik etdiyi idarədə artıq iki ilə yaxındır, "bir pəncərə" prinsipi tətbiq olunub.

Onun sözlərinə görə,bu prinsip gömrük rəsmiləşdirilməsi prosesinin tez bir zamanda həyata keçirilməsi üçün geniş imkanlar yaradıb.

"İş adamları və brokerlər tələb olunan sənədləri tam şəkildə gömrük orqanına təqdim etdikləri halda, həmin prosedurun 20-30 dəqiqə ərzində başa çatdırılması mümkündür", - Novruzov deyib.

Onun sözlərinə görə, bu işin vaxtında həyata keçirilməsi gömrük əməkdaşları ilə yanaşı, sahibkarlardan da asılıdır.

Vüsal Novruzov qeyd edib ki, gömrük rəsmiləşdirılməsi prosesinin daha da təkmilləşdirilməsi, sənədlərin iş adamlarına operativ şəkildə çatdırılması üçün Bakı Baş Gömrük İdarəsində texniki-təşkilati dəyişiklik edilib.

"Bu dəyişiklik vaxt itkisinin qarşısını almaqda iş adamlarına kömək edəcək", - Novruzov deyib.

Onun sözlərinə görə, hər hansı gözlənilməz problem yaranarsa, onun dərhal aradan qaldırılması üçün idarədə fəaliyyət göstərən "qaynar xətt"ə müraciət etmək lazımdır.

Görüşdə iştirak edən sahibkarlar qeyd ediblər ki, posterminalların işindəki problem səbəbindən ödənişlərin həyata keçirilməsində ləngimələr yaranır.

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov posterminallarla bağlı Beynəlxalq Bankın rəhbərliyinə artıq müraciət olunduğunu və problemin qısa müddətdə həll ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti