...

"Citigroup" Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 20:03 (UTC +04:00)
Azərbaycana səfər edən "Citigroup"un nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Citigroup" Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycana səfər edən "Citigroup"un nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə cümə günü AMB-dən verilən məlumatda deyilir.

Cümə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov icraçı direktor Bo Hammerikin rəhbərlik etdiyi "Citigroup" nümayəndə heyətini qəbul edib.

Görüşdə "Citigroup" nümayəndə heyəti Azərbaycan iqtisadiyyatından razı qaldığını və AMB ilə əməkdaşlıq perspektivlərini qeyd edib. Görüş çərçivəsində AMB və "Citigroup" Azərbaycan iqtisadiyyatının inkişafı, xüsusilə də maliyyə sektoru, dövlət və özəl sektorların inkişafı üzrə gələcək investisiya planları kimi məsələlər barədə fikir mübadiləsi aparıblar.

"Citigroup Inc." maliyyə xidməti sahəsində dünya liderlərindən biri olan iri beynəlxalq korporasiyadır. Qrup 1988-ci il aprelin 7-də "Citicorp" və "Travelers Group"un birləşməsi nəticəsində yaradılıb. Bank ümumi dəyəri 1,9 trilyon dollardan çox olan aktivləri idarə edir. "Citigroup" ABŞ qiymətli kağızlar xəzinəsinin ilkin lideridir.

Xəbər lenti

Xəbər lenti