...

Azərbaycan Prezidenti Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 01:40 (UTC +04:00)
Prezident İlham Əliyev oktyabrın 5-də muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib (YENİLƏNİB)

RED: əlavəsi: Prezidentin çıxışı əlavə olunub.

Oktyabrın 5-də Prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.

Məlumat verildi ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Dördzolaqlı yolun ümumi uzunluğu 82 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Bir hissəsi dövlətimizin başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi suötürücüləri və arxlar çəkilmiş, magistralın üzərində bir neçə yolötürücü tikilmişdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin və inşaatçıların qarşısında çıxış edərək deyib.

"Yolun açılışı münasibətilə sizi təbrik edirəm. Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu gün isə yolun ikinci mərhələsi açılır və Naxçıvandan Türkiyə ilə sərhədə qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən dəfə də biz bu yoldan istifadə edəndə gördük ki, keyfiyyət yüksəkdir. Bu dəfə də gələndə görürəm ki, çox yüksək keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya standartlarına cavab verir və demək olar ki, muxtar respublikanın bu hissəsində yerləşən bütün yaşayış məntəqələrini Naxçıvan şəhəri ilə birləşdirir.
Bilirsiniz ki, yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Harada ki, yol tikilir, müəssisələr yaradılır, orada canlanma gedir. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Gələcəkdə başqa yolların tikintisi də nəzərdə tutulur və lazımi vəsait ayrılacaqdır. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər. Bu o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir. Ona görə mən çox şadam ki, biz Naxçıvanda artıq bu gözəl yolun tikintisinə nail olduq. Ümid edirəm ki, yaxın zamanlarda Naxçıvan şəhərini bütün rayonlarla birləşdirən yollar da bax bu səviyyədə olacaqdır və onların da tikintisi nəzərdə tutulur. Bir daha sizi ürəkdən təbrik edirəm" İlham Əliyev çıxışında qeyd edib.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və inşaatçılarla xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

Xəbər lenti

Xəbər lenti