Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
2010-cu il oktyabrın 8-dən "Qafqaz Lizinq" ASC-nin 92 min manat həcmində imtiyazlı adlı sənədsiz emissiyasının yerləşdirilməsinə başlanılıb. Bu barədə cümə günü Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat olmaqla 92 səhm buraxılıb.
Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasının açıq abunə metodu ilə aparılacaq. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "BoB Broker" MMC çıxış edir.
Bu günə "Qafqaz Lizinq"in nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.
"Qafqaz Lizinq" ASC 2007-ci ilin oktyabrında təsis edilib. Şirkətin 100 faizlik səhmdarı NAB şirkətlər qrupudur. Şirkətin xidmətləri avtomobil sahəsini, eləcə də inşaat, qida və tekstil, turizm, kənd təsərrüfatı, neft kimyası sahələrini əhatə edir.
Oktyabrın 8-nə rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.