...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda yeni taksi xidmətlərinin ilkin qiymətlərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 13:49 (UTC +04:00)
Oktyabrda Bakıda ilk "London Taxi TX" markalı bənövşəyirəngli taksilər işləməyə başlayacaq. Bu barədə bazar ertəsi Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumatda deyilir.
Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda yeni taksi xidmətlərinin ilkin qiymətlərini elan edib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabrda Bakıda ilk "London Taxi TX" markalı bənövşəyirəngli taksilər işləməyə başlayacaq. Bu barədə bazar ertəsi Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumatda deyilir.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu ay ərzində Bakıya yeni taksilərin birinci partiyası gətiriləcək. Ümumilikdə, onların sayını 3 000 çatdırmaq planlaşdırılır.

İlkin məlumatlara görə, yeni taksiyə minən sərnişin iki manat ödəməli olacaq. Bu məbləğə ilk üçkilometrlik yol aiddir. Bundan sonra hər 3 kilometrin qiyməti əlavə olaraq ödəniləcək və sərnişinlərə 70 qəpiyə başa gələcək.

"Bu, hələ ilkin qiymətlərdir, ola bilsin, onlara kiçik dəyişikliklər edilsin. Lakin hazırda məhz bu göstəricilərdən çıxış etmək olar", - mənbədən bildiriblər.

Onun sözlərinə görə, yeni taksiləri sifariş də etmək olar. İlkin məlumatlara görə, sifarişin qiyməti 2 manatdır.

Taksilərin yerləşəcəyi yeni park şəxsi şirkət olacaq, onun adı isə yeni taksilərin işə başlanmasına qədər açıqlanmayacaq. Nəqliyyat Nazirliyi mənbəsi taksi sürücülərinin müəyyən əmək haqqı ilə, gündəlik plansız işləyəcəyi imkanını da istisna etməyib.

Bundan əvvəl Nəqliyyat Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, 3 000 ədəd yeni taksi paytaxtın bu nəqliyyat növünə olan ehtiyacını ödəməsə, digər markalı xarici avtomobillər gətiriləcək.

Bakı və Azərbaycan regionlarını taksi ilə təmin etmək üçün 7-8 min avtomobil, xüsusilə də "Daewoo Nexia" və "Lacetti" markalı maşınların gətirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti