...

Azərbaycan Pskov vilayəti ilə əməkdaşlığa hazırdır – baş konsul

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 18:19 (UTC +04:00)
Pskov vilayəti maraqlı dövlətlərlə münasibətləri fəal şəkildə qurur, - bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovla görüşdə Pskov vilayəti qubernatorunun müavini Gennadi Bezlobenko deyib, - "rosbalt" xəbər verir.
Azərbaycan Pskov vilayəti ilə əməkdaşlığa hazırdır – baş konsul

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Pskov vilayəti maraqlı dövlətlərlə münasibətləri fəal şəkildə qurur, - bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovla görüşdə Pskov vilayəti qubernatorunun müavini Gennadi Bezlobenko deyib, -  "rosbalt" xəbər verir.

Region rəhbərinin müavini qonağa vilayətin 2020-ci ilədək inkişaf strategiyasının prioritetləri haqqında danışıb, Azərbaycan sahibkarları və Pskov vilayətindəki milli diaspor tərərfindən region ərazisində investisiya layihələrini hazırlamaq imkanına baxmağı təklif edib.

Osmanov Azərbaycan rəhbərliyi adından Pskov vilayəti ilə əməkdaşlığa hazır olduğunu bildirib. "Hazırda Azərbaycan və Rusiya regionları, o cümlədən, Pskov vilayəti arasında əməkdaşlığın təşkili üçün geniş normativ-hüquqi baza var. Regional səviyyədə qarşılıqlı fəaliyyət, ümumilikdə, Rusiya ilə Azərbaycan arasında dövlət əlaqələrini möhkəmləndirir", - baş konsul qeyd edib və qarşılıqlı ticari-iqtisadi və mədəni sazişin hazırlanmasına dair işə başlamağı təklif edib.

Görüş iştirakçıları Pskov vilayəti ilə Azərbaycan sahibkarları arasında əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Bezlobenko qeyd edib ki, region rəhbərliyi kiçik və orta sahibkarlıq subyektlərinə fəal surətdə dəstək verir, həmçinin, işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsi məqsədilə birgə biznes-forumun keçirilməsi imkanını müzakirə etməyi vacib sayır.

Xəbər lenti

Xəbər lenti