...

Azərbaycanın "A-Group" SŞ-nin sığorta mükafatlarının 90 faizdən çoxu könüllü tibbi sığortanın payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 16:04 (UTC +04:00)
2010-cu ilin üçüncü rübünün yekunları üzrə Azərbaycanın "A-Group" sığorta şirkəti 5,47 milyon manat həcmində sığorta mükafatları toplayıb.
Azərbaycanın "A-Group" SŞ-nin sığorta mükafatlarının 90 faizdən çoxu könüllü tibbi sığortanın payına düşür

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Axundov/

2010-cu ilin üçüncü rübünün yekunları üzrə Azərbaycanın "A-Group" sığorta şirkəti 5,47 milyon manat həcmində sığorta mükafatları toplayıb. Bu barədə bazar ertəsi şirkətin saytında yerləşdirilmiş məlumatda deyilir.

Yığımın 91,23 faizi və ya 4,99 milyon manatı könüllü tibbi sığortanın payına düşür. Həmçinin, ipoteka sığortası üzrə də nəzərəçarpacaq dərəcədə artım əldə olunub.

Yanvar-sentyabrda şirkətin sığorta ödənişlərinin həcmi 4,37 milyon manat təşkil edib.

"A-Group" SŞ-nin nizamnamə kapitalı 2 650 500 manatdır. 1995-ci ildə yaradılmış "A-Group" şirkəti sığortanın 3 icbari və 14 könüllü növü üzrə xidmət göstərir.

Oktyabrın 25-nə olan rəsmi məzənnə 0,8009 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti