...

Yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 4,1% artıb – Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 12:44 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 4,1 faiz artaraq 29,3 milyard manata çatıb. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib.
Yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 4,1% artıb – Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir N.İsmayılova/

Yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 4,1 faiz artaraq 29,3 milyard manata çatıb. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib.

"Əhalinin adambaşına düşən ümum daxili məhsul 2,9 faiz artaraq 3 min 286,6 manata çatıb.

Onun sözlərinə görə, 2010-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorunda artım 5,2 faiz, neft sektorunda isə 2,7 faiz səviyyəsində müşahidə olunub.

Sentyabrda Azərbaycanda inflyasiya 0,9 faiz, 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətdə isə 5,2 faiz təşkil edib.

"2010-cu ilin sonlarına inflyasiya artımı 2009-cu ilə nisbətdə 5,5-5,6 faiz gözlənilir", - Vəliyev deyib.

Xəbər lenti

Xəbər lenti