Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə İqtisadi İnkişaf Nazirliyi (İİN), Avropa Birliyinin TACIS proqramı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə birgə noyabrın 5-də Şəki şəhərində regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri üçün "Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılması" mövzusunda regional seminar təşkil edilib. Bu barədə QKDK-nın rəsmi saytında yerləşdiririlən məlumatda deyilir.
QKDK Aparatının rəhbəri Mehman Abbasın sözlərinə görə, bu tədbir QKDK tərəfindən həyata keçirilən maarifləndirmə və məlumatlandırma konsepsiyasının tərkib hissəsi kimi, regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının effektiv qorunmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, QKDK belə tədbirləri ölkənin digər regionlarında da keçirəcək.