...

Azərbaycan menecerlərin hazırlanmasının interaktiv metodu üzrə dünya təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2010 14:10 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federal İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakı Biznes Tədris Mərkəzi "Menecerlərin hazırlanması üzrə interaktiv metodlar" mövzusunda üçgünlük seminar keçirir.
Azərbaycan menecerlərin hazırlanmasının interaktiv metodu üzrə dünya təcrübəsini öyrənir

Аzərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federal İqtisadiyyat Nazirliyinin dəstəyi ilə  Bakı Biznes Tədris Mərkəzi "Menecerlərin hazırlanması üzrə interaktiv metodlar" mövzusunda üçgünlük seminar keçirir. Bu barədə şənbə günü nazirlikdən məlumat verilib.

Dünən başlayan seminarda Tədris Mərkəzinin 15-dən çox əməkdaşı, Almaniyanın "InWent" şirkətinin ekspertləri, həmçinin Almaniyaya ixtisasartırma kurslarına yol düşəcək sahibkarlar iştirak edirlər.

Seminarın əsas məqsədi təlimçilərin yerli şəbəkəsini yaratmaq üçün ilkin təlimlərin keçirilməsi, həmçinin metodologiya və təlimlərin keçirilməsi üzrə interaktiv metodla tanışlıqdır.

Xəbər lenti

Xəbər lenti