...

Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 12 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2010 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr aylarında dünyanın 143 ölkəsi ilə aparılan xarici ticarət əməliyyatlarının yekunlarını elan edib. Bu barədə şənbə günü komitədən bildiriblər. Ölkənin ümumi mal dövriyyəsi 22,502 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 12,228 milyard müsbət saldo yaranıb.

Bu müddət ərzində xarici ticarət əməliyyatlarında 6767 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 3322-i hüquqi, 3445-sı isə fiziki şəxsdir.

Ölkənin ixrac əməliyyatları 2009-cu ilin analoji dövrü ilə müqayisədə 50,2 faiz artaraq 17,365 milyard olub. İxracda dövlət sektorunun payı 16,408 milyard dollar (94,49 faiz), özəl sektorun payı 0,878 milyard dollar (5,06 faiz), fiziki şəxslərin payı isə 78,932 milyon dollar (0,45 faiz) təşkil edib.

Yanvar-oktyabrda idxal 3,57 faiz artaraq (0,177 milyon dollar) 5,136 milyard dollar olub və 2,402 milyard dollara çatıb. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,259 milyard dollar (24,53 faiz), özəl sektor 3,607 milyard dollar (70,23 faiz), fiziki şəxslərin payı isə 269,278 milyon dollar (5,24 faiz) olub.

On ay ərzində Azərbaycandan 2022 növdə mal ixrac, ölkəyə isə 5818 növdə mal idxal edilib.

Aşağıda Azərbaycanın əsas xarici ticarət tərəfdaşları göstərilib:

İxrac:

Ölkələr

Dəyər (mlrd. ABŞ $)

İxracda xüsusi çəki (%)

İtaliya

5,503

31,69

Fransa

1,667

9,6

İsrail

1,456

8,39

ABŞ

1,328

7,65

İndoneziya

0,782

4,5

Ukrayna

0,716

4,13

Xorvatiya

0,684

3,94

Rusiya

0,592

3,41

Malayziya

0,578

3,33

Gürcüstan

0,320

1,84

İdxal:

Ölkələr

Dəyər (mlrd. ABŞ $)

İdxalda xüsusi çəki (%)

Rusiya

0,872

16,98

Türkiyə

0,603

11,75

Almaniya

0,442

8,62

Çin

0,424

8,27

Ukrayna

0,38

7,41

Böyük Britaniya

0,243

4,75

Qazaxıstan

0,23

4,49

ABŞ

0,171

3,34

Sinqapur

0,167

3,26

Koreya

0,133

2,59

Xəbər lenti

Xəbər lenti