...

Azərbaycanda fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə qaydalar təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 18:53 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi dekabrın 1-də Azərbaycanda "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları"nı təsdiq edib.
Azərbaycanda fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə qaydalar təsdiq edilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Ədliyyə Nazirliyi dekabrın 1-də Azərbaycanda "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları"nı təsdiq edib. Bu barədə Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında deyilir.

Yeni qaydalar avtonəqliyyat vasitələrinin sığortalanması, onun sahibinin məsuliyyət sığortasını, qəza və xəstəliklərdə fərdi sığorta məsələlərini əhatə edir.

"Yeni qaydalar 2011-ci il yanvarın 1-dən etibarən qüvvəyə minir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti