...

Azərbaycan İpoteka Fondunun təmin olunmuş istiqrazları üzrə faizlərin növbəti ödənişi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 11:47 (UTC +04:00)
Çərşənbə günü Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli sənədsiz təmin olunmuş adlı istiqrazları üzrə faizlərin növbəti ödənişi keçirilib. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan İpoteka Fondunun təmin olunmuş istiqrazları üzrə faizlərin növbəti ödənişi keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Çərşənbə günü Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli sənədsiz təmin olunmuş adlı istiqrazları üzrə faizlərin növbəti ödənişi keçirilib. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə axşamı yaydığı məlumatda deyilir.

AİF istiqrazlarının emissiya prospekti 2009-cu il mayın 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Emissiyanın ümumi həcmi üç faiz illik faiz dərəcəsi ilə 55 milyon manat təşkil edir. İstiqrazların nominal dəyəri 1 000 manatdır.

AİF istiqrazların yerləşdirilməsinə 2009-cu il iyunun 16-dan başlayıb. İstiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir.

Bu gün fondun xətti ilə AİF-in müvəkkil bankları [21 bank] vasitəsilə 240 milyon manat məbləğində altı minə yaxın kredit verilib.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Dekabrın 9-da rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti