Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 13 dövlət standartını təsdiq edib. Bu barədə komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.
Dövlət Komitəsi aşağıdakı standartları təsdiq edib:
AZS 360-2010 "Təzə əncir";
AZS 466-2010 "Balıq və dəniz məhsullarından hazırlanan konservlər və preservlər. Termin və təriflər";
AZS 467-2010 "Kəsim üçün qaramal. Ümumi texniki şərtlər" standartı kəsim üçün nəzərdə tutulmuş iri buynuzlu qaramala aid edilir;
AZS 389-2010 "Kompressor yağları. Texniki şərtlər";
AZS 390-2010 "Neft yanacağı. Mazut 40";
AZS 391-2010 "T-1500 markalı transformator yağı. Texniki şərtlər";
AZS 393-2010 "Neft məhsulları. Termin və təriflər";
AZS 444-2010 "Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər";
AZS 445-2010 "Turbin yağları. Texniki şərtlər";
AZS 446-2010 "Universal motor yağları və avtomobil karbürator mühərrikləri üçün yağlar. Texniki şərtlər";
AZS 448-2010 "Sənaye yağları. Texniki şərtlər";
AZS 449-2010 "Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər";
AZS 438-2010 "Tikiş-toxuculuq maşınları. Termin və təriflər".
Yeni standartlar 2010-cu il dekabrın 20-dən etibarən qüvvəyə minir.