Azərbaycan, Bakı, 29 dekabr /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC dəmir yolu nəqliyyatının və ticarətinin dəstəklənməsi layihəsi çərçivəsində 50 ədəd elektrik lokomotivinin alınması üzrə tender elan edib.
Tender 25kV 50 Hz dəyişən cərəyan sistemində işləyən 50 ədəd elektrik lokomotivinin alınmasını, eləcə də zəruri ehtiyat hissələrinin, təlimatların və çap materiallarının, quraşdırma avadanlıqlarının, submontaj avadanlıqlarının, hissələrin, birləşdiricilərin, bərkidicilərin və ya xüsusi alətlərin alınmasını nəzərdə tutur.
Lokomotivlərin təchizatı və 10 lokomotiv üçün bu xidmətlərin həyata keçirilməsilə bağlı vaxt icbari qaydada 365 gündür, yerdə qalan 40 lokomotiv üçün də 365 gündür. Lokomotivlərin təchizatının maksimum müddəti 730 gün təşkil edir.
Bütün tender sənədləri gən il 23 fevral saat 16:00-dək təqdim olunmalıdır.
Maraqlanan şəxslər saat 09:00-dan 18:00-dək aşağıda göstərilən ünvanla əlaqə saxlaya bilərlər:
Dilarə Əliyeva küçəsi, 230, Bakı, AZ1010,
5-ci mərtəbə, 516-cı otaq.
Azərbaycanın dəmir yolları nəqliyyatının və ticarətinin dəstəklənməsi layihəsi,
"Azərbaycan Dəmir Yolları" QSC-nin layihənin reallaşdırılması qrupu,
Layihənin meneceri Fərrux Heybətov,
tel.:(+99412) 499 63 95,
faks: (+99412) 499 63 97.