...

Azərbaycanlı sərmayədarların sammiti ölkədəki əlverişli investisiya mühitinin göstəricisidir - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 11:41 (UTC +04:00)
Dünya maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsir göstərib, lakin Azərbaycan düşünülmüş strategiya nəticəsində davamlı iqtisadi artımı saxlamağa nail olub.
Azərbaycanlı sərmayədarların sammiti ölkədəki əlverişli investisiya mühitinin göstəricisidir - nazir müavini

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Bədəlova/

Dünya maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsir göstərib, lakin Azərbaycan düşünülmüş strategiya nəticəsində davamlı iqtisadi artımı saxlamağa nail olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov azərbaycanlı sərmayədarların sammitində - "The Azerbaijan Investors` Summit 2011"-də çıxışı zamanı bildirib.

"Azərbaycan dinamik inkişaf edir. Məlumdur ki, investorlar daha çox siyasi və iqtisadi cəhətdən sabit ölkələrdə yatırımlara maraq göstərirlər. Azərbaycan məhz belə ölkələrdəndir", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına həm yerli, həm də xarici investorların yatırımlar etməsi diqqətəlayiq haldır. Qısa vaxt ərzində ölkədə uğurlu sahibkarlıq mühiti formalaşıb.

"Hesab edirəm ki, bugünkü tədbir Azərbaycanda əlverişli investisiya mühitinin olmasının əlamətidir", - Səfərov bildirib.

Martın 2-3-də keçirilən sammitdə 130-a yaxın Azərbaycan şirkəti və 50 xarici sərmayədar iştirak edir.

"The Azerbaijan Investors' Summit 2011"-in təşkilinin informasiya tərəfdaşı kimi Trend BİA da çıxış edir.

Xəbər lenti

Xəbər lenti