...

Serbiya sərmayəçiləri Azərbaycanda akkumulyator zavodunun inşasında maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 14:35 (UTC +04:00)
Serbiya sərmayəçiləri Azərbaycanda akkumlyator istehsal edən yeni müştərək zavodun tikilməsində maraqlıdırlar.
Serbiya sərmayəçiləri Azərbaycanda akkumulyator zavodunun inşasında maraqlıdırlar

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir N.İsmayılova/

Serbiya sərmayəçiləri Azərbaycanda akkumlyator istehsal edən yeni müştərək zavodun tikilməsində maraqlıdırlar. Trend-in məlumatına görə, bu barədə Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç cümə günü Bakıda Azərbaycan və Serbiya iş adamlarının görüşündə deyib.

"Bizim Farmakom MB (Sambor akkumlyator zavodu) şirkətinin akkumlyatorları, o cümlədən "Black horse" və "White horse" kimi tanınmış daha müasir modellər artıq Azərbaycan bazarına təqdim olunub", - Baraç bildirib.

Palata rəhbərinin sözlərinə görə, layihəyə Azərbaycan tərəfi dəstək göstərir. "Ümid edirəm ki, tez bir zamanda zavodun inşasına başlanılacaq", - Baraç deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün 18 ay vaxt lazımdır.

"Birinci faza çərçivəsində bir il ərzində yarım milyon akkumlyatorun istehsalını gözləyirik. Bundan sonra müəssisənin istehsal gücü artırılacaq, belə ki bizim üçün yalnız Azərbaycan bazarı deyil, bütün postsovet məkanı maraqlıdır", - Baraç bildirib.

Xəbər lenti

Xəbər lenti