...

Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə sahəsində qanun pozuntuları haqqında məlumatlar yeni formada təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 12:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti çirkli pulların yuyulması və maliyyə terrorizmi ilə mübarizə sahəsində qanun pozuntuları haqqında statistik məlumatların təqdim olunması formasını hazırlayıb.
Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə sahəsində qanun pozuntuları haqqında məlumatlar yeni formada təqdim olunacaq

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti (MMX) çirkli pulların yuyulması və maliyyə terrorizmi (ÇPY/MT) ilə mübarizə sahəsində qanun pozuntuları haqqında statistik məlumatların təqdim olunması formasını hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı xidmətdən bildirilib.

Məlumata görə, forma Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və ölkənin Baş Prokurorluğu ilə razılaşdırılıb, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Formanın hazırlanmasında əsas məqsəd ÇPY/MT sahəsində qanun pozuntuları haqqında statistik məlumatların mərkəzləşdirilməsi vasitəsilə müvafiq dövlət strukturlarının fəaliyyətinin effektivliyini təmin etməkdir.

Milli Təhlükəsizlik Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yarım ildə bir dəfə xidmətə yeni forma vasitəsilə qanun pozuntuları haqqında statistik məlumatlar təqdim edəcəklər.

Bu statistik formaların tətbiqi müəyyən dövlət strukturları arasında ÇPY/MT sahəsində məlumatalrın operativ mübadiləsini təmin edəcək və mühüm institusional müxanizm rolunu oynayacaq. Bu mexanizmin yaradılması xidmətlə müvafiq hüquq-mühafizə orqanları arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memorandumlarda nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti