...

Azərbaycanda qiymətlərin azalması müşahidə olunur - Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 13:10 (UTC +04:00)
Novruz bayramı ərəfəsində Azərbaycanda qiymətlərdə müəyyən artım müşahidə olunmuşdu, lakin müvafiq dövlət strukturları tərəfindən aparılan müxtəlif tədbirlər nəticəsində indi azalma qeydə alınır.
Azərbaycanda qiymətlərin azalması müşahidə olunur - Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Novruz bayramı ərəfəsində Azərbaycanda qiymətlərdə müəyyən artım müşahidə olunmuşdu, lakin müvafiq dövlət strukturları tərəfindən aparılan müxtəlif tədbirlər nəticəsində indi azalma qeydə alınır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bildirib.

2011-ci ilin fevralında istehlak malları və xidmət tariflərinin qiymətləri yanvar ayına nisbətən 2,2 faiz, yanvar-fevralda isə 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 8,9 faiz artıb.

Fevralda ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının - 0,1 faiz, xidmət tarifləri isə 4,3 faiz bahalaşıb. 2010-cu ilin yanvar-fevral aylarına nisbətən ərzaq məhsulları 13,7 faiz, qeyri-ərzaq məhsulları 2,8 faiz, xidmətlər sahəsində tariflər isə iki faiz artıb.

Xəbər lenti

Xəbər lenti