...

"Bank of Baku" "Günün filialı" layihəsinin reallaşdırılmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 13:45 (UTC +04:00)
2011-ci ildə "Bank of Baku" "Günün filialı" adlı yeni layihəyə start verir.
"Bank of Baku" "Günün filialı" layihəsinin reallaşdırılmasına başlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə "Bank of Baku" "Günün filialı" adlı yeni layihəyə start verir. Layihə ərzində əhaliyə "Bank of Baku"nun 16 filialının hər birinin fəaliyyəti haqqında ətraflı məlumat veriləcək, həmçinin filialların yaradılmasının ildönümü qeyd olunacaq, bankın müştərilərinə isə korporativ hədiyyələr təqdim olunacaq. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"Bank of Baku"nun bu günlərdə 4 yaşını qeyd edən "Bakıxanov" filialı həmin layihədə birincidir. Bankın "Bakıxanov" filialı 6 mart 2007-ci il tarixində yaranıb. Bank yaxşı günlərdə də, çətin günlərdə də hər zaman müştərilərlə bərabər olub. Müştərilərlə etibarlılıq və qayğıkeşlik prinsipləri üzərində qurulan münasibətlərin yüksək səviyyəsi hər zaman ən qiymətli aktiv olaraq qalır.

Dörd il ərzində fiilial Bakının Bakıxanov, Qaraçuxur, Sabunçu, Mərdəkan, Şüvəlan, Nardaran, Əmircan, Zirə və s. qəsəbələrinə göstərilən xidmətə görə yüksək nəticələrə nail olub. Bu isə çox təbii bir haldır. "Bakıxanov" filialı fiziki və hüquqi şəxslərə geniş spektrdə bank məhsul və xidmətlərini təqdim edir: hesabların açılması, əmanətlərin yerləşdirilməsi, istehlak kreditlərinin verilməsi, kommunal xidmətlərin ödənişi, "Azercell", "Bakcell", "Nar Mobile" mobil rabitənin ödənişi, təcili pul köçürmələri, bütün növ plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi, Cash-in ödəniş köşkü vasitəsilə ödənişlərin həyata keçirilməsi. Bir sözlə, bütün növ bank xidmətlərini təklif edərək "Bakıxanov" filialı bir daha istehlakçıya hər zaman açıq olduğunu nümayiş etdirir.

Bu arada, 2010-cu ilin bankdaxili statistikasına əsasən, "Bakıxanov" filialı "Bank of Baku"nun digər 15 filialı ilə müqayisədə aparıcı mövqeləri tutur:

  • nağd kreditləri üzrə
  • kredit kart satışı üzrə
  • istehlak portfelinin həcmi üzrə
  • depozit portfelinin həcmi üzrə

Məlumdur ki, filialın işinin təşkilində əsas rollardan biri direktora ayrılır. Məhz buna görə filialın direktoru vəzifəsinə aparılan uğurlu seçim yenidən qurulan filialın effektiv fəaliyyətinin təminatı deməkdir. Filialın yaranma tarixi ilə əlaqədar filial direktoru Zaur Qadirov bunları bildirdi: "2010-cu ildə "Bank of Baku"nun fəaliyyətində dinamik inkişafı qeyd etmək olar və bu inkişaf "Bakıxanov" filialında da müşahidə olunurdu. Filialın son 4 illik fəaliyyəti ərzində "Bank of Baku"nun "Sizə yaxın bankçılıq" devizinə sadiq qalaraq müştərilərimizə göstərdiyimiz xidmətin səviyyəsini və çeşidini artıraraq böyük bir müştəri kütləsinə nail olmuşuq. Bu gün müştərilərimizin 50 faizdən çoxu təkrar müştərilərimizdir. Fikrimcə, bu, müştərilərin bizə qarşı artan inam və etimadının parlaq göstəricisidir və biz bu inamı itirmək istəmirik, hər gün, hər saat xidmət səviyyəsini artırmağa çalışırıq ki, müştərilərin istəyinə, zövqünə cavab versin, göstərdiyimiz xidmət müştərilər üçün daha rahat olsun. Bunun üçün bütün gücümüzü səfərbər etmişik".

Direktorun sözlərinə görə, filialın əldə etdiyi əsas nailiyyət məhz müştərilərin etimadındadır. Bu, həmçinin maliyyə göstəricilərində də əks olunur. Qeyd edək ki, 21 fevral 2011-ci il tarixinə olan göstəricilərə əsasən, filialın depozit portfeli 154,15 faiz artaraq 2 003 511 AZN, kredit portfelinin həcmi isə 173,74 faiz genişlənərək 7 998 171 AZN təşkil edib, aktiv istehlak krediti olan müştərilərin sayı hal-hazırda 10 mini otüb, keçən il isə bu rəqəm 5562 nəfər idi. Bu gün filialın müştərilərinin ümumi sayı 2010-cu ili analoji göstəriciləri ilə müqayisədə təxminən 2 dəfə artıb və indi 15 mindən çoxdur.

Xatırladaq ki, "Bakıxanov" filialı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küç., 4081-ci məhəllə ünvanında xidmət göstərir.

"Bank of Baku"nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Martın 16-da rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti