...

"Diplomat" endirim kartı sağlamlıq xərclərinin azaldılmasının ən əlverişli yoludur

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 11:21 (UTC +04:00)
"Tibbi Səfirlik" şirkəti Novruz bayramı münasibətilə aksiya keçirir. Martın 25-dək "Diplomat" kartı alan hər kəsə ikinci kart hədiyyə veriləcək.
"Diplomat" endirim kartı sağlamlıq xərclərinin azaldılmasının ən əlverişli yoludur

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Tibbi Səfirlik" şirkəti Novruz bayramı münasibətilə aksiya keçirir. Martın 25-dək "Diplomat" kartı alan hər kəsə ikinci kart hədiyyə veriləcək. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

"Diplomat" endirim kartı Azərbaycanın 50 ən yaxşı klinikasını, apteki, idman zalını və sağlamlığa aid hər şeyi əhatə edir. Məlumatda bildirilir ki, kart sahibləri bütün tərəfdaş müəssisələrdə 50 faizədək endirimlə təmin edilirlər.

Kart yaşlı adamlar, uşaqlar, hamilə qadınlar, tez-tez xəstələnən, əməliyyata ehtiyacı olan, bir sözlə böyük tibbi xərcləri olan şəxslərə maraqlıdır.

"Tibbi Səfirlik" şirkətinin tərəfdaş təşkilatları sırasında MediClub, City Hospital, Leyla Şıxlinskaya Klinikası, UniClinic, Saglam Ailə, Turk-Amerikan, Medical Plaza, Gömrük Komitəsinin Hospitalı, Modern Hospital, Oksigen, Atlas, Euromed, MediLux, 32 Beuty, Deniz Dental, Vita və Pharma aptekləri və digərləri var. Tərəfdaş təşkilatlar şəbəkəsinə, həmçinin Azərbaycanın sərhədlərindən kənardakı (Türkiyə, Rusiya, Almaniya, Gürcüstan) klinikalar da daxildir.

Tərəfdaş təşkilatların tam siyahısı, onların qiymət vərəqələri və endirimlərin məbləği ilə www.tibbisefirlik.az saytında tanış olmaq olar. Kart almaq üçün (012) 415 66 00 nömrəli telefona zəng etmək və ya şirkətin saytındakı "online" anketi doldurmaq kifayətdir. Ad kartı hazırlanaraq sifarişçiyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti