...

"Azəryolservis" ASC maraqlar sorğusu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 16:09 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC yol sektoru layihələrində keyfiyyətin idarə edilməsi sahəsində məsləhətçi xidmətlərin göstərilməsi üzrə maraqlar sorğusu üçün müsabiqə elan edib.
"Azəryolservis" ASC maraqlar sorğusu elan edib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC yol sektoru layihələrində keyfiyyətin idarə edilməsi sahəsində məsləhətçi xidmətlərin göstərilməsi üzrə maraqlar sorğusu üçün müsabiqə elan edib.

Məsləhətçinin xidmətlərinin ödənilməsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ayırdığı qrantın bir qismi xərclənəcək.

Yol sektorunda keyfiyyətin idarə edilməsi sahəsinin potensialının gücləndirilməsi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır: benefisiarların göstərdikləri əməliyyat və xidmətlər proseslərində, eləcə də tikinti, yenidənqurma və yol infrastrukturunun bərpası üzrə işlər daxil olmaqla, investisiya yekunlarının qiymətləndirilməsi zamanı xidmətlərin təkmilləşdirilməsi.

Tenderdə iştirak etmək arzusunda olan şirkətlər öz təkliflərini 2011-ci il aprelin 6-dan gec olmayaraq bu ünvana təqdim etməlidirlər: Azərbaycan Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC, Azərbaycan AZ1010 Bakı, Ü.Hacıbəyov küç. 72/4.

Tel.: (+99412) 493 00 45

Faks: (+99412) 493 46 65

Əlavə məlumat əldə etmək üçün yerli vaxtla saat 10:00-dan 16:00-dək müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti