...

Azərbaycanda vergiödəyicilər üçün kompüter terminallarının inşası üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi 2011-ci ildə vergiödəyicilər üçün kompüter terminallarının quraşdırılması üzrə açıq tender elan edib. Bu barədə nazirliyin çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tender təkliflərinin açılması aprelin 26-da baş tutacaq. Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak üçün yazılı ərizə, iştirak üçün ödənişin bank sənədi, tender təklifi açıldıqdan sonra azı 60 gün qüvvədə olmalıdır, tam ad və soyad, hüquqi status, qeydiyyat ölkəsi və rekvizitlər, tender təklifinin 3 faizlik bank zəmanəti, iddiaçının maliyyə imkanları və ixtisası haqqında sənədlər.

Sənədlər Azərbaycan dilində iki nüsxədə təqdim edilməlidir. Tenderdə iştirakın qiyməti 500 manatdır. Tender təklifləri 25 aprel 2011-ci il saat 18:00-dək qəbul edilir.

Əlavə məlumat almaq üçün: əlaqə nömrəsi 403-87-91, faks 403-89-77, e-mail - [email protected].

Xəbər lenti

Xəbər lenti