...

Azərbaycanın Ağsu rayonunun iqtisadi inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 15:04 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərindən Ağsu rayonunda prioritet hesab olunan sahələrin maliyyələşdirilməsi məqsədilə investisiya layihələrinin qəbulunu elan edib.
Azərbaycanın Ağsu rayonunun iqtisadi inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərindən Ağsu rayonunda prioritet hesab olunan sahələrin maliyyələşdirilməsi məqsədilə investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliiyn çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Aprelin 1-də Ağsu rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Nəticədə rayonun iqtisadi inkişafının aşağıdakı prioritet istiqamətləri aşkar edilib:

- yüksək texnologiyanın tətbiqi ilə intensiv üzüm bağlarının salınması;

- müasir ət kəsimi və emalı (illik 5000 ton) müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected] Bu e-poçt ünvanı spambotla qorunur. Onu görmək üçün JavaScript imkanlaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti