...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2011 16:00 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79244 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 9 aprel/ Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79244 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

28 mart

0,7932

4а prel

0,7926

29 mart

0,7929

5а prel

0,7926

30 mart

0,7927

6а prel

0,7924

31 mart

0,7927

7а prel

0,7923

1 а prel

0,7926

8 а prel

0,7923

Həftə ərzində orta

0,79282

Həftə ərzində orta

0,79244

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsikr göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, bu, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəyişməz qalıb. Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,7913 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 4-də 0,7913 AZN/USD məzənnə ilə $2,56 mln. , aprelin 5-də 0,7913 AZN/USD məzənnə ilə $3,835 mln., aprelin 6-da sövdələşmələr aparılmayıb, buna görə məzənnə 0,7913 AZN/USD səviyyəsində qalıb. Aprelin 7-də 0,7913 AZN/USD məzənnə ilə $2,146 mln. və aprelin 8-də sövdələşmələr aparılmayıb, buna görə məzənnə 0,7913 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

28 mart

0,7920

4а prel

0,7913

29 mart

0,7920

5а prel

0,7913

30 mart

0,7913

6а prel

0,7913

31 mart

0,7913

7а prel

0,7913

1 а prel

0,7913

8 а prel

0,7913

Həftə ərzində orta

0,79158

Həftə ərzində orta

0,7913

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti