...

Gürcüstan Azərbaycan investorlarına turist zonalarında pulsuz torpaq sahələrini təklif edir - nazir Vera Kobaliya (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 01:40 (UTC +04:00)
Gürcüstan turizm sahəsində Azərbaycanla əməkdaşlığını genişləndirmək məqsədi ilə konkret təklifləri hazırlayıb.
Gürcüstan Azərbaycan investorlarına turist zonalarında pulsuz torpaq sahələrini təklif edir - nazir Vera Kobaliya (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 23:30-da yayılıb)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir N.İsmayılova/

Gürcüstan turizm sahəsində Azərbaycanla əməkdaşlığını genişləndirmək məqsədi ilə konkret təklifləri hazırlayıb. Bunu bazar ertəsi Azərbaycanda birgünlük səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya Trend-ə müsahibəsində bilidirib.

"Hazırda bizdə turizm sahəsində konkret təkliflər var və düşünürəm ki, onlar Azərbaycan sahibkarlarını maraqlandıra biləcəklər, çünki çoxlu insanlar istirahət etmək üçün Azərbaycandan Gürcüstana gəlirlər" deyə Kobaliya bilidirib.

Onun sözlərinə görə, statistikaya əsasən, 2010-cu ildə yarım milyona yaxın azərbaycanlı turist istirahət üçün Gürcüstana gəlib və keçən qışda da 40 faizli artım müşahıdə olunurdu.

"Qara dənizin sahilində bizim iki turist zonası var ki, orada azərbaycanlı investorlarına pulsuz torpaq sahələrini və 15 il ərzində vergilərdən azad olunmasını təklif edirik. Gürcüstan həmçinin bütün kommunikasiya-infrastrukrur işlərinin həyata keçirilməsini öz üzərinə götürür. Azərbaycan investorları avropalı dizaynerlər tərəfindən yaradılmış müxtəlif arxitektur layihələr arasından seçə və ya öz layihəsi ilə gələ biləcəklər", - Kobaliya deyib.

Nazirin sözlərinə görə, hazırda turistlərin Gürcüstana maraqı artmaqdadır, mehmanxanalarda otaqların qıtlığı mövcuddur və ona görə bu cür təklif Azərbaycan sahibkarları üçün çox maraqlı ola bilər.

"Bu kifayət qədər yeni bir layihədir, lakin komandamız artıq Azərbaycan investorlarından bir neçə təklif almışdı. Hesab edirəm ki, növbəti mərhələ maraqlı investorların bir qrupunun Gürcüstana, bu zonaların ərazisinə səfərini təşkil etməkdən ibarətdir. Bu onlara hansı torpaq sahələri ilə maraqlandırdıqlarını yerində müəyyən etmək imkanını verəcək. Bundan sonra biz bütün qalan detalları müzakirə etməyə bilərdik", - Kobaliya deyib.

Kobaliyanın sözlərinə görə, gürcü tərəfi Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinə xarici turistlərə Azərbaycan və Gürcüstanın müştərək turist paketini təqdim etməsini təklif edib.

"Beləliklə, xarici turistlər 5-7 günlük səfəri əvəzinə iki həftəlik istirahət üçün ödəyib, həm Gürcüstanda, həm də Azərbaycanda istirahət etmək imkanını bir paketdə əldə edərdilər", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti