...

Azərbaycanın iri sement istehsalçısı qiymətlərini dəyişdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2011 19:28 (UTC +04:00)
Azərbaycanın iri sement istehsalçısı "Qaradağ Sement" ASC sement qiymətlərini aprel ayından orta hesabla 25 faiz endirib.
Azərbaycanın iri sement istehsalçısı qiymətlərini dəyişdirib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Axundov/

2009-2010-cu illərdə baş vermiş beynəlxalq iqtisadi böhran zamanı öz müştərilərini və bütövlükdə tikinti sənayesini dəstəkləmək məqsədilə Azərbaycanın iri sement istehsalçısı "Qaradağ Sement" ASC sement qiymətlərini aprel ayından orta hesabla 25 faiz endirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Bundan başqa, şirkət yeni sobanın yaradılması və istehsal gücünün artırılması layihəsini davam etdirir.

"Bu iri layihəni və 2009-2010-cu illərdə texniki xidmət və təmir xərclərinin və xammal xərclərinin artmasını nəzərə alaraq, "Qaradağ Sement" ASC Ekspert sementinin (CEM II/A-P 42.5 R) yeni qiymətini aprelin 20-dən etibarən 108 manat/ton səviyyəsində təyin edib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti