...

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına yeni sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Beynəlxalq Sığorta Şirkətinin idarə heyətinin sədri Sadıq Məmmədov Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasına sədr təyin edilib. Bu barədə çərşənbə axşamı Trend-ə ASA-nın icraçı direktoru Azər Əliyev məlumat verib.

Məmmədov bu vəzifəyə bir il müddətinə seçilib. Buna qədər Müşahidə Şurasının sədri Azər Əliyev olub.

ASA Müşahidə Şurasına beş sığorta şirkəti - Beynəlxalq Sığorta Şirkəti, "Azərsığorta", "Atəşgah", "Standard Insurance" və AXA MBASK sığorta şirkətləri daxildir.

2006-cı il dekabrın 29-da əsası qoyulan və 29 üzvü birləşdirən Assosiasiyanın əsas məqsədi sığorta şirkətlərinin, eləcə də Azərbaycanda fəaliyyət göstərən təkrar sığorta şirkətlərinin inkişafına kömək etməkdir.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti