...

I rübdə Azərbaycan Beynəlxalq Bankının gəliri 6 milyon manatdan çox olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 16:27 (UTC +04:00)
2011-ci ilin birinci rübünün yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis gəliri 6 608,26 min manat təşkil edib.
I rübdə Azərbaycan Beynəlxalq Bankının gəliri 6 milyon manatdan çox olub

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci rübünün yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis gəliri 6 608,26 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Birinci rüb ərzində bankın ümumi mənfəəti 84,591 milyon manat, xərcləri isə 77,98 milyon manat olub.

ABB birinci rübü 4 697,6 milyon manatlıq aktivlə başa vurub. Bu göstərici 2010-cu ilin sonunda 5 527,92 milyon manat olub. Hesabat dövrü ərzində bankın kredit portfeli 2 879,7 milyon manat təşkil edib. Burada istehlak kreditlərinin payına 388,885 milyon manat düşür.

Bankın öhdəlikləri 4 015,2 milyon manat olub. Bankın depozit portfeli birinci rübün yekunları üzrə 1 911,1 milyon manat təşkil edib. Burada əhalinin əmanətlərinin payına 738,86 milyon manat düşür (bunun 175,488 milyonu tələb edilənədək, 563,37 milyon manatı uzunmüddətlidir).

Rübün sonuna ABB-nin məcmu kapitalı 514,98 milyon manat, nizamnamə kapitalı isə 240 milyon manat təşkil edib. ROA indeksi 0,03 faiz, ROE 0,25 faiz olub. Bankın aktiv plastik kartlarının sayı 1 787 351 ədəd, bankomatları 610, POS-terminalları 3 266, filialı 37 olub.

ABB yarıdövlət bankıdır və hazırda onun başlıca səhmdarı Azərbaycan hökumətidir. O, səhmlərin 50,2 faizinə malikdir. Səhmlərin 49,8 faizi fiziki və hüquqi şəxslərə (o cümlədən banklara) məxsusdur.

Mayın 12-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti