...

AZPROMO və Fransa Şirkətlər Hərəkatı anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2011 14:24 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Fransa Şirkətlər Hərəkatı anlaşma memorandumu imzalayıblar.
AZPROMO və Fransa Şirkətlər Hərəkatı anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Fransa Şirkətlər Hərəkatı anlaşma memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

İmzalama Azərbaycan nümayəndə heyətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üçün seminarda iştirak etmək məqsədilə mayın 12-də Parisə səfəri çərçivəsində baş tutub. Tədbir Fransa Senatında təşkil olunub. Tədbirdə Fransa Şirkətlər Hərəkatı, Beynəlxalq Ticarətin İnkişafı Agentliyi ("UbiFrance"), Beynəlxalq İnvestisiyalar üzrə Fransa Agentliyi, Fransa Ticarət Palatası, AZPROMO və Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri iştirak edib.

Fransa Senatının sədri Jerar Larşenin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya və Şimali Qafqaz regionunda aparıcı ölkələrdən biridir.

Seminar çərçivəsində AZPROMO prezidenti Adil Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, ölkədə yaradılmış əlverişli biznes mühiti, investisiya və ixrac imkanları barədə təqdimatla çıxış edib.

Səfər çərçivəsində AZPROMO-nun nümayəndələri Fransanın İnvestisiyaların Təşviqi Agentliyinin (Invest in France) rəhbərliyi ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti