...

NBC Bank yeni "SMS Xәbәrdarlıq" xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

NBC Bank müştərilərinə yeni "SMS Məlumat Xidməti"ni təqdim edir.

"SMS Xәbәrdarlıq" NBC Bank-ın plastik kart müştərilərinə təqdim etdiyi yeni mәlumatlandırma xidmәtidir. Bu xidmәt vasitәsilә NBC Bankın plastik kart müştəriləri hesabındakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xәbәrdar edilirlər. Müştəri hesabına pul vəsaiti qoyduğu, yaxud hesabından ödəniş etdiyi zaman mobil telefonuna əməliyyat haqqında məlumat verən SMS göndərilir.

Xidmətin istənilən mobil nömrəsinə qoşulma imkanı, uğursuz əməliyyatlar haqqında xəbərdarlıq, hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması, mobil nömrəsinin balansı bağlı olduqda belə SMS-lə kart haqqında məlumat ala bilmə imkanı "SMS Xəbərdaqlıq" xidmətinin üstünlüklərindəndir. Xidmәtә qoşulmaq üçün Azercell, Bakcell, Nar Mobile və ya Azerfon-Vodafone nömrәsinә sahib olmaq vә "Azərikart" şəbəkəsinə aid olan bankomata (və ya NBC Bank filialına) yaxınlaşmaq kifayәtdir.

Beləliklə, həftənin 7 günü və günün 24 saatı məkandan və zamandan asılı olmayaraq, bank kartının hesabı müştərinin tam nəzarəti altında olacaq.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 1 bankomatı, 8-i filiallarda qalanları isə digər ünvanlarda fəaliyyət göstərməklə 46 POS-terminalı var.

Xəbər lenti

Xəbər lenti