...

4 ay ərzində Azərbaycanda 30 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 18:27 (UTC +04:00)
Yanvar-apreldə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxararaq məhv edib.
4 ay ərzində Azərbaycanda 30 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir N.İsmayılova/

Yanvar-apreldə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxararaq məhv edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəhbəri Zahid İsayev "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda Ağstafa şəhərində keçirilən konfransda deyib.

Tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

İsayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətaya yol vermiş şəxslər 410,5 min manat məbləğində cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 102,4 min manat maliyyə sanksiyası tətbiq olunub.

Mayın 27-nə olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti