...

Azərbaycanın Füzuli rayonunun iqtisadi inkişafının prioritet sahələri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunda prioritet sahələrin müəyyən edilməsi üçün sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Mayın 27-də "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə rayonunun iqtisadi inkişafı üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- intensiv üzüm bağlarının (texniki və ya süfrə) salınması;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti