...

Azərbaycan QTİB vasitəsilə PROPARCO-dan maliyyə vəsaiti alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2011 16:11 (UTC +04:00)
Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) və Fransanın PROPARCO maliyyə inkişafı institutu bankın fəaliyyət regionunda qarşılıqlı maraq doğuran layihələrin maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıblar.
Azərbaycan QTİB vasitəsilə PROPARCO-dan maliyyə vəsaiti alacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir N.İsmayılova/

Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) və Fransanın PROPARCO maliyyə inkişafı institutu bankın fəaliyyət regionunda qarşılıqlı maraq doğuran layihələrin maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə QTİB-in çərşənbə günü yaydığı məlumatda deyilir. Bu məqsədlər üçün PROPARCO QTİB-ə 10 il müddətinə 20 milyon avro məbləğində kredit verəcək.

Maliyyələşdirmə Azərbaycan, Albaniya, Gürcüstan, Moldova, Türkiyə və Ukraynada özəl sektorun layihələrinə yönəldiləcək. Maliyyələşdirmə üçün prioritet sektorlar bərpa olunan enerji mənbələri, mikromaliyyələşdirmə, səhiyyə, təhsil, aqrar sənaye kompleksi və turizmdir.

PROPARCO Fransa İnkişaf Agentliyi (AFD), dövlət və özəl sərmayədarlar tərəfindən yaradılıb. Onun əsas fəaliyyət sahəsi davamlı inkişafın təmin edilməsi üçün inkişaf etməkdə olan ölkələrə investisiya axınının stimullaşdırılmasıdır.

1996-cı ildə təsis edilən Qara dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QTİB-in kapitalında Azərbaycanın payı 5 faiz təşkil edir. 11 illik fəaliyyəti dövründə bank Azərbaycanda dəyəri 100 milyon avro olan 14 layihəni maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti