...

"Bank of Baku" 600 000-ci istehlak kreditini rəsmiləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 15:55 (UTC +04:00)
İyunun 28-də "Bank of Baku" 600 000-ci istehlak kreditini rəsmiləşdirib. 600 000-ci kredit "Bank of Baku"nun "28 May" filialına müraciət edən Asif Ağamalıyevə verilib.
"Bank of Baku" 600 000-ci istehlak kreditini rəsmiləşdirdi

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyunun 28-də "Bank of Baku" 600 000-ci istehlak kreditini rəsmiləşdirib. 600 000-ci kredit "Bank of Baku"nun "28 May" filialına müraciət edən Asif Ağamalıyevə verilib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Müştəri A.Ağamalıyevə 2500 manat məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1% dərəcəsi ilə kredit ayrılıb.

Hazırda müştərinin "Deltacom MMC" şirkətində baş sürücü vəzifəsində çalışır, ailəlidir, bir qızı, bir oğlu var. Bəxtəvər müştərimiz öz təəssüratlarını bölüşdü:

"Bu, "Bank of Baku"da mənim ilk kreditimdir. İş elə gətirib ki, qızımın qarşıdan gələn xeyir işi ilə bağlı müəyyən xərclərimiz var. Buna görə də "Bank of Baku"nun xidmətlərindən istifadə etməyə qərar verdim və "Nağd pul" kreditini almaq üçün banka müraciət etdim. Banka gələndə bankın işçisi mənim kreditimin sayca 600 mininci və uduşlu olduğunu xəbər verdi. Çox sevindim, sözün düzü, bu, mənim üçün çox gözlənilməz oldu, ən əsası isə, bu hədiyyə lap yerinə düşdü. Bundan əvvəl banklara müraciət etməmişəm və demək olar ki, mənim birinci təcrübəm çox uğurlu oldu. Bu gözəl sürprizə görə "Bank of Baku"ya öz təşəkkürümü bildirirəm, banka uğurlar arzulayıram, bankın bütün müştərilərinə isə belə bir sevinci yaşamağı arzu edirəm".

Bundan əlavə, faydalı kreditlə bərabər "Bank of Baku"nun qalib müştərisinə daha bir hədiyyə - Master Card "Gold" plastik kartı təqdim olundu.

"Bank of Baku" hazırda bütün təbəqələri əhatə edən müştərilərinə geniş çeşiddə istehlak, biznes və nağd pul kreditlərini təklif edir. Daim öz müştərilərini düşünərək onların rahatlığı üçün çalışman bank hazırda təqdim etdiyi layihə və stimullaşdırıcı kampaniyalarının müxtəlifliyi, partnyorlarının sayı və istehlak kreditləri portfelinin həcminə görə Azərbaycanın aparıcı banklarından biridir. Eyni zamanda, müştərilərinə daha da yaxın olmaq məqsədilə "Bank of Baku" daim məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində çalışır.

Hazırda Azərbaycan üzrə "Bank of Baku"nun 17 filialı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti