...

Azərbaycanda 2 tona yaxın keyfiyyətsiz dondurma aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 17:56 (UTC +04:00)
Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Azərbaycanda 2 tona yaxın keyfiyyətsiz dondurma aşkarlanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayonunda "Dədə Qorqud" müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satıldığı müəyyən olunub. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 1989,92 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Dədə Qorqud" müəssisəsinə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti