...

İlin I yarısında Azərbaycan iqtisadiyyatına investisiyaların 70 faizindən çoxu daxili mənbələr hesabına təmin olunub - vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 12:41 (UTC +04:00)
2011-ci ilin I yarısında Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat investisiya qoyulub.
İlin I yarısında Azərbaycan iqtisadiyyatına investisiyaların 70 faizindən çoxu daxili mənbələr hesabına təmin olunub - vergilər naziri

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin I yarısında Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

"İnvestisiyaların 3 milyard 257,8 milyon manatı daxili mənbələr hesabına təmin olunub ki, bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin hesabına həyata keçirilib", - Məmmədov deyib.

Onun sözlərinə görə, hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə 72 milyon manat həcmində güzəştli kredit ayrılıb ki, bunun 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür.

"Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Bu kreditlərin hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur", - Məmmədov bildirib.

Onun sözlərinə görə, güzəştli kreditlər alan sahibkarların sayı və kreditlərin məbləği ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

İyulun 13-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti