...

Xırdalanda yük vaqonlarının relsdən çıxması qatarların hərəkət cədvəlinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2011 12:24 (UTC +04:00)
Xırdalan stansiyası ərazisində bir neçə boş yük vaqonunun relsdən çıxması qatarların hərəkət cədvəlinə təsir etməyib və dəmir yol xəttinə ziyan vurmayıb.
Xırdalanda yük vaqonlarının relsdən çıxması qatarların hərəkət cədvəlinə təsir etməyib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

Xırdalan stansiyası ərazisində bir neçə boş yük vaqonunun relsdən çıxması qatarların hərəkət cədvəlinə təsir etməyib və dəmir yol xəttinə ziyan vurmayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, vaqonların relsdən çıxması manevr zamanı baş verib.

"Ən qısa müddətdə bir neçə vaqon relslərin üzərinə qoyuldu və hərəkət davam etdirildi. Baş verən hadisə nəticəsində heç kim xəsarət almayıb və dəmir yoluna ziyan dəyməyib", - Əzməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti