...

Azərbaycan Mərkəzi Bankı 2011-2014-cü illər üçün Strateji Planı qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 16:10 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2011-2014-cü illər üçün Strateji Planı qəbul edib.
Azərbaycan Mərkəzi Bankı 2011-2014-cü illər üçün Strateji Planı qəbul edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2011-2014-cü illər üçün Strateji Planı qəbul edib. Bankın idarə heyətinin sədri Elman Rüstəmovun iştirakı ilə strateji planın Mərkəzi Bankın əməkdaşlarına geniş təqdimatı keçirilib. Trend-in məlumatına görə, bu barədə AMB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Rüstəmov təqdimat mərasimində qeyd edib ki, Mərkəzi Bankın indiyə qədər əldə etdiyi uğurlarda Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynayıb. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşıb, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılıb, peşəkar bacarıqlara malik kadrlar hazırlanıb.

Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Bankın qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün Bank bir sıra istiqamətlərdə - makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən edib.

Məlumatda deyilir ki, Strateji Plan 2011-2014-cü illər üçün Bankın qarşısına doqquz strateji hədəf qoyur və həmin hədəflər Azərbaycan Mərkəzi Bankının ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti