...

Hər il 1,3 milyon nəfər Azərbaycanın Əmək Nazirliyinin xidmətlərindən istifadə edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 15:54 (UTC +04:00)
Hər il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1,3 milyon nəfərə xidmətlər göstərir ki, onların 525 min nəfəri ünvanlı sosial yardım (ÜSY) alır.
Hər il 1,3 milyon nəfər Azərbaycanın Əmək Nazirliyinin xidmətlərindən istifadə edir - nazir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Axundov/

Hər il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1,3 milyon nəfərə xidmətlər göstərir ki, onların 525 min nəfəri ünvanlı sosial yardım (ÜSY) alır. Trend-in məlumatına görə, bu barədə nazir Füzuli Ələkbərov cümə günü jurnalistlərə bildirib.

"Bundan başqa, hər il 240 min nəfər tibbi sosial ekspertiza xirmətlərindən istifadə edir", - Ələkbərov bildirib.

Nazirliyin ilin birinci yarısının yekunlarına həsr edilən kollegiya iclasında deyildiyi kimi, hesabat dövründə ÜSY alan ailələrin sayı 125 472 olub.

İlin birinci yarısında ödənilən ünvanlı sosial yardımların orta aylıq məbləği 103,95 manat təşkil edib.

2011-ci ildən ÜSY-nin məbləğinin hesablanması üçün istifadə olunan ehtiyac meyarının səviyyəsi 75 manata çatıb ki, bu da 2006-cı ildəki göstəricini 2,5 dəfə üstələyir.

Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. Onun məbləği 75 manat təşkil edən ehtiyac meyarı ilə ailənin bir üzvünün gəlirinin həcmi arasındakı fərqlə müəyyən edilir.

İyulun 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti