Azərbaycan, Bakı, 23 iyul /Trend/
Azərbaycanın Qahirədəki səfiri Şahin Abdullayev Misirin Sərmayədarlar Birliyini iki ölkə arasında ticarət münasibətlərinin inkişafına yardım etməyə və Azərbaycana sərmayə qoymağa çağırıb. Bu barədə Misirin Sərmayədarlar Birliyinin Nəqliyyat və energetika şöbəsinin sədri Məhəmməd Sayid bildirib. Trend-in məlumatına görə, xəbəri "Əl-Youm Əssabi" qəzeti yazıb.
"Azərbaycanın Misirdəki səfiri ölkəsinin iki ölkə arasındakı mal dövriyyəsinin artmasına yardım etməyə hazır olduğunu ifadə edib. Çünki Azərbaycanda Misirin qida sənayesi, tibb və tikinti materiallarına böyük tələbat var", - Sayid qeyd edib.
O əlavə edib ki, Misirin Sərmayədarlar Birliyi səfir Abdullayevlə ölkələr arsında ticarət münasibətlərinin inkişafı yollarını və Azərbaycanda misirli sərmayədarlar üçün imkanları müzakirə etmək üçün bir sıra görüşlər keçiriblər.