...

Azərbaycanın Ağcakənd qəsəbəsində prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 12:33 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbulunu elan edib.
Azərbaycanın Ağcakənd qəsəbəsində prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

İyulun 22-də keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir zamanı yerli icra hakimiyyəti nümayəndələri və sahibkarların iştirakı ilə Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində prioritet hesab olunan sahələr barədə müzakirələr aparılıb.

Tədbirdə məcburi köçkünlərin məskunlaşdığı ərazinin iqtisadi potensialına uyğun olaraq kiçik həcmli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 2 istiqamət üzrə - kiçik çörək istehsalı və meyvə-tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Bu gündən SKMF-nun müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərindən təkliflər qəbul edilir.

SKMF-dən əlavə məlumat almaq mümkündür. Məlumat üçün telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected] Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.

Xəbər lenti

Xəbər lenti