...

Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisi üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2011 11:36 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərkörpü" ASC ilə alqı-satqı müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisi üzrə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərkörpü" ASC ilə alqı-satqı müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin məlumatında deyilir.

Məlumata görə, "Azərkörpü" AMB-nin yeni inzibati binasının tikintisi üzrə ilkin işlərin görülməsi ilə bağlı tenderin qalibi olub. Həmin işlərə özül yerinin qazılması, tikinti meydanındakı geoloji quyuların qapanması, eləcə də həmin tikinti meydanındakı tikililərin sökülməsi daxildir.

Nazirlər Kabinetinin sərəncamına əsasən, Heydər Əliyev prospektində Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılıb.

AMB ilə "Azərkörpü" arasında müqavilə 22 avqust 2011-ci ildə bağlanılıb.

Xəbər lenti

Xəbər lenti