...

Azərbaycanla Almaniya arasında mal dövriyyəsi üzrə statistik məlumatların fərqlənməsinin səbəbləri aydınlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 13:32 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev Azərbaycanla Almaniya arasında aparılan mal dövriyyəsi üzrə statistik məlumatların fərqli olmasının səbəblərini izah edib.
Azərbaycanla Almaniya arasında mal dövriyyəsi üzrə statistik məlumatların fərqlənməsinin səbəbləri aydınlaşdırılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev Azərbaycanla Almaniya arasında aparılan mal dövriyyəsi üzrə statistik məlumatların fərqli olmasının səbəblərini izah edib.

"Əvvəla, müxtəlif ölkələrin məlumatları heç də həmişə üst-üstə düşmür. Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Hava Limanında Almaniyadan gətirilmiş, lakin hələ də gömrük sənədləşdirməsindən keçməyən, yükünün ümumi məbləği 231 milyon dollar olan altı avialayner var", - Əliyev bazar ertəsi jurnalistlərə bildirib.

Bundan əvvəl Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle rəqəmlərin 400 milyon dollar fərqləndiyini bildirmişdi.

DGK-nın məlumatına görə, ilin yeddi ayı ərzində iki ölkə arasında mal dövriyyəsi 416,117 milyon dollar olub ki, bu da Azərbaycanın ümumi xarici ticarətinin 2 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti