...

"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini "BBB-" səviyyəsində saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 13:33 (UTC +04:00)
"FitchRating" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli defolt emiteti reytinqini (DER) "BBB-", Rating Watch siyahısında "Mənfi" səviyyəsində saxlayıb. Trend-in məlumatına görə, bu barədə agentliyin cümə axşamı yaydığı məlumatda deyilir.
"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini "BBB-" səviyyəsində saxlayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"FitchRating" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli defolt emiteti reytinqini (DER) "BBB-", Rating Watch siyahısında "Mənfi" səviyyəsində saxlayıb. Trend-in məlumatına görə, bu barədə agentliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Agentlik bankın başqa reytinqlərini - xarici valyutada qısamüddətli DER "F3", dəstək reytinqi - "2", uzunmüddətli DER dəstək səviyyəsi "BBB-" - əvvəlki səviyyədə saxlayıb.

"Mənfi" Rating Watch statusu bankın uzunmüddətli DER üzrə hökumətin banka kifayət qədər və vaxtında dəstəyi verməyə hazırlığı planında saxlanan narahatçılığı əks etdirir.

"Həmçinin, Fitch ondan narahatdır ki, hökumət hələ bankın yenidən kapitallaşmasını həyata keçirməyib, habelə bankın tənzimləyici kapitalı şəxsi kapital (daha yüksək keyfiyyət) hesabına deyil, subordinasiya borcu (kapitalın daha çox aşağı keyfiyyəti) hesabına doldurulacaq", - xəbərdə deyilir.

Agentliyin ekspertlərinin fikrincə, göstərilən qısamüddətli amillərlə yanaşı, dövlətin payının hazırkı 50,2 faiz səviyyəsinə nisbətdə 50 faizdən az olacağı səviyyəyə qədər azaldacaq. Bankın gözlənilən qismən özəlləşdirilməsi enməyə tərəf reytinqə təzyiq göstərə bilər.

Azərbaycan Beynəlxalq Bankının agentliyə təqdim etdiyi məlumata görə, bank kapitalının requlyativ kəsiri əvvəlcə Azərbaycan Mərkəzi Bankından alınan subordinasiya borcu hesabına aradan qaldırılacaq. Menecment onun 2011-ci il oktyabırn sonunadək alınmasını gözləyir. Hazırda belə borcun həcmi müzakirə olunur. Lakin sövdələşmə hər halda bankın yenidən kapitala olan requlyativ tələblərinə uyğun gəlməyə başlayacaq. Nəzərə alınmalıdır ki, AMB-dən alınan subordinasiya borcunun ödənişi birinci səviyyənin kapitalı kimi təsnif edilir. Eyni zamanda, Bazel razılaşmasına görə kapitalın kafiliyinin göstəriciləri aşağı qalacaq (çünki ABB hazırda ikinci səviyyəli kapital üzrə öz limitindən praktiki olaraq tamamilə istifadə edib) və bəzi kredit razılaşmaları üzrə kovenantlara bank tərəfindən əməl olunmamış qalacaq.

ABB hesab edir ki, onun kreditorları çətin ki, subordinisiya borcunun gözlənilən ödənişi fonunda onun vaxtından əvvəl ödənməsini (465 milyon manat və ya bütün passivlərin 11 faizi) tələb etsinlər.

"Özəlləşmənin başa çatması 2012-ci il iyunun sonuna nəzərdə tutulub və bu gün üçün məqsəd, görünür, ölkənin daxilində səhmlərin satışına deyil, beynəlxalq strateji səhmdarın cəlb edilməsindən ibarətdir", - "Fitch" in məlumatında deyilir.

Agentliyin ekspertlərinin fikrincə, bununla yanaşı, hazırda satışa qoyulacaq payın ölçüsü və özəlləşdirmənin yekunda ABB-nın biznes-modelinə necə təsir edəcəyi məsələsində müəyyənlik azdır.

"Bu amilləri nəzərə alaraq, ABB-nin reytinqləri ilə suveren reytinqlər arasında hər hansı fərq, ehtimal ki, bir səviyyəylə məhdudlaşdırılacaq. Əgər suveren reytinq "BBB" səviyyəsinə qədər yüksəldiləcəksə, MBA reytinqi, nəticə kimi, "BBB-" səviyyəsində təsdiq edilmiş ola bilər", - məlumatda deyilir.

2010-cu ilin sonuna, ABB-nin qiymələndirmələrinə görə, (BMMH-nın il üzrə tam hesabatı hələ dərc olunmayıb) Bazel razılaşması üzrə (görə) ümumi kapitalın kafilik göstəricisi 8,1 faiz, amma birinci səviyyənin kapitalının kafilik göstəricisi isə 4,9 faiz təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti