...

Azərbaycan 2012-ci ildə daha bir yataqda qızıl hasilatına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 09:09 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" 2012-ci ilin ikinci yarısında Qoşa yatağında qızıl hasilatına başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycan 2012-ci ildə daha bir yataqda qızıl hasilatına başlayacaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" 2012-ci ilin ikinci yarısında Qoşa yatağında qızıl hasilatına başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bundan əvvəl şirkət bu yataqda qızıl ehtiyatlarının mövcud olması barədə hökumətə sənəd təqdim edib və sənəd Azərbaycan tərəfindən qəbul olunub.

Məlumata görə, yatağın inkişafı və hasilatı proqramının hökumət tərəfindən təsdiq olunması 2011-ci ilin oktyabr ayında gözlənilir.

İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Şirkət yatağın bütün sahəsi üzrə məsafədən zondlama işləri apararaq orada bəzi potensial anomaliyalar aşkar edib və ərazinin gələcək tədqiqatını 2012-ci ilə planlaşdırıb.

"Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir.

Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti