Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/
Dövlət Sosial Müdafiə Fondu (DSMF) cümə günü hesabatlılıq və icbari sosial sığorta ödənişləri üzrə yeni elektron sistemi tətbiq edib.
Yeni elektron xiudmətlərin tətbiqi DSMF və sığorta edənlər arasında əlaqələri sadələşdirməyə, bu prosesdə insan amilinin rolunu azaltmağa və pensiya-sığorta sistemində şəffaflığı artırmağa imkan verəcək.
Yeni xidmət idarəyə icbari dövlət sığortası üzrə hesabatları (В1-В2), şəxsin sosial icbari sığortası üzrə ödənişlər barədə (В3) məlumatı elektron formada qəbul etməyə imkan verir.
Buraya sığortaçıların rüblük və illik hesabatlarının, torpaq sahələri iştirakçılarının hesabatlarının, sığorta edilmiş şəxslər haqqında məlumatalrın elektron formada təqdim olunması imkanı daxildir.
DSMF-nin xidmətindən istifadə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar: sspf.gov.az və esspf.gov.az.